Rusiya İran hərbçilərini bu ərazidən uzaqlaşdırdı
19 Dekabr 2018 14:34 DünyaMoskvanın səyləri nəticəsində İran hərbçiləri Suriyanın cənubundakı deeskalasiya zonasındakı ayırıcı xətdən 100 kilometr geri çəkilib.
Bunu RİA-ya müsahibəsində Rusiya Təhlükəsizlik Şurası katibinin köməkçisi Aleksandr Venediktov deyib.
"Bunu İran-İsrail münasibətlərindəki situasiyanın stabilləşməsinə ciddi yatırım hesab edirik. Bununla əlaqədar olaraq İsrailin deeskalasiya maraqlarına uyğun adekvat addımlar atmasını faydalı sayırıq", - deyə o bildirib.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31