Tereza Mey Aİ ölkələrinə səfərə başlayır
11 Dekabr 2018 11:35 DünyaBöyük Britaniyanın Baş naziriTereza Mey ölkənin Avropa İttifaqından (Aİ) çıxması ilə bağlı sazişin şərtlərinin sadələşdirilməsi ehtimalını müzakirə etmək məqsədi ilə bu gün Avropa ölkələrinin paytaxtlarına səfərə başlayır.
Britaniya KİV-nin yazdığına görə, baş nazir avropalı tərəfdaşlardan daha əvvəl razılaşdırılmış və faktiki olaraq Şimali İrlandiyanın Aİ ilə gömrük ittifaqından ayrılmasını qeyri-mümkün edən İrlandiya sərhədi üzrə "sığortalayıcı" sxemin müvəqqəti olmasına dair daha qəti təminat vermələrini istəyir.
Səfər turu çərçivəsində T.Mey Avropa Komissiyasının rəhbəri Jan-Klod Yunker, Avropa Şurasının sədriDonald Tusk, eləcə də Almaniya kansleri Angela Merkel ilə görüşmək niyyətindədir.
Xatırladaq ki, D.Tusk Aİ ölkələrinin dövlət və hökumət başçılarını fövqəladə görüşə çağırıb. Görüşdə "Brexit" məsələsi, o cümlədən Britaniya tərəfinin ratifikasiya prosesini asanlaşdırması məsələsi müzakirə ediləcək.
Dünən Britaniya Baş naziri T.Mey parlemantdə "Brexit" üzrə sazişin dekabrın 10-na planlaşdırılan səsverməsinin təxirə salınmasına qərar verib.
report