Əfqanıstanda kamikadze minalanmış avtomobillə özünü hərbçilərin maşın karvanına çırpıb
11 Dekabr 2018 11:31 DünyaƏfqanıstan Kəşfiyyat Xidmətinin 4əməkdaşı Kabil yaxınlığında törədilən partlayış nəticəsində ölüb.
Daha 6 nəfərin yaralanması ilə nəticələnən hücum paytaxt Kabilin Paqman mahalında baş verib.
İlkin məlumatlara görə, hərbçilərin maşın karvanına çırpılan avtomobil partlayıb. Partlayıcı qurğu terrorçu kamikadzenin idarə etdiyi avtomobildə olub.
Hələlik heç bir qruplaşma hadisəyə görə məsuliyyəti üzərinə götürməyib.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31