SON DƏQİQƏ: Tarixin ən soyuq qışı gəli r-20 milyon insan təhlükədə
11 Dekabr 2018 06:43 DünyaAmerika Birləşmiş Ştatları hökuməti qışa hazırlıq tədbirlərini gücləndirib.
Hazırlıq tədbirləri daha çox ölkənin cənub ştatlarında aparılır. Proqnozlara görə, güclü qar fırtınası ilə əlaqədar həmin ştatlarda 20 milyon insan çətin vəziyyətdə qala bilər.
Qeyd edək ki, sinoptiklər güclü qar fırtınasının 1 həftə davam edəcəyini bildirir. Güclü qarla əlaqədar bölgədə nəqliyyatın hərəkətinin iflic olacağı gözlənilir. Hava şəraiti ilə əlaqədar qatarların hərəkəti dayandırılacaq, təyyarə uçuşları təxirə salınacaq, məktəblərdə dərslər dayandırlacaq.
Rəsmilər Nyu Meksikadan Şimali Karolina ştatına qədər əraizlərdə fövqəladə vəziyyətin elan edildiyini bildirir. Əhaliyə zərurət yaranmadığı hallarda evdən çıxmamaq tövsüyyə edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31