Yaponlar intihara qarşı necə tamaşa qururlar?
11 Dekabr 2018 00:18 DünyaYaponiyada yaşayan rus qadının xatirəsi
Bir dəfə Yaponiyada ağır depressiyaya düşmüşdüm. O dərəcədə ki, çəkim 75 kq olmuşdu, əynimdən eyni gecə paltarı çıxmırdı, günlərlə yuyunmurdum, dişlərimi fırçalamırdım. Artıq get-gedə intihar haqda fikirləşməyə başlamışdım.
Bunu bilən yaponiyalı rəfiqəm məni bir klinikaya apardı. Orada məni müalicə edəcəklərini deyirdi. Birlikdə getdik. Mən elə əynimdəki gecə paltarı və evdə geyindiyim "tapıçkalar" ilə çıxdım.
Mərkəzə bu halda getmişdim. Yaponiyada ümumiyyətlə, heç kəs sənə fikir verməz. İstəyirsən lüt gəz. Hər kəs başındakı öz fikirləri ilə məşğuldu. Onların transportda və ya küçədə kiməsə baxma vərdişləri yoxdu. Bu qədər azaddırlar yəni.
Klinikaya çatıb anketi doldurandan sonra həkimin otağına girdik. Otağın ortasında tabut varıydı. Həkimin bir neçə sualından sonra mənə ölülərin geyindiyi paltarı geyindirib tabuta uzatdılar. Dedilər ki, ölülərin nə hiss etdiyini hiss etməyə çalışın. Nə vaxt çıxmaq istəsəz bu düyməni basın, sizi çıxardaq.
Uzandım, içəridə qəribə iy varıydı. Yumşaq, açıq rəngli atlas parça ilə bürünmüş tabut. Tabutu seyr edirəm özüm üçün. Dəfn mahnısı da çalınır. Tabutun aralarından otağın işıqları da çox az düşürdü.
Birdən hiss etdim ki, məni(tabutu) aparırlar sanki. Və səslərdən elə bil maşına yükləyirlər kimi anladım. Başladım həmən düyməni basmağa, düymə qopub düşdü yerə. Başladım yüksək səslə onları çağırıb şikayət etməyə ki, mən sizə pulu buna görə ödəməmişdim. Artıq 10 dəqiqə olmuşdu getdiyimiz və mən boğulmağa başlayırdım.
Birdən komanda verildi ki, götürün və məni kəndirlə torpağa qoydular sanki.
Tabutun üstünə torpaq tökdüklərini eşitdim. Səsləri də torpağı tökdükcə get-gedə azalırdı.
Mən artıq həyəcanlı halda bütün gücümlə qışqırmağa başlamışdım. Artıq öz dilimdə onları söyürdüm. Sizin ananızı... Ağlıma min cür fikir gəlirdi. Bəlkə hansısa sektanın əlinə keçmişəm, onlar da məni öldürür.
- Heeey, cındırlar.
Başqa vətəndaşlara nifrət edən milliyyətçi alçaqlar.
Yəqin ki, mənim yapon rəfiqəm də onlarla əlbiriymiş. İt balası..
Məni əməllicə basdırmışdılar, artıq donuz kimi bağırırdım. Ayaqlarımla da tabutu vururdum. Boğulma çoxalırdı. Hönkür-hönkür ağlayırdım və gözümün yaşı yanağımla axıb qulağıma dolurdu.
Həyəcan və qorxudan sidiyimi saxlaya bilməyib altıma batırdım. Darısqal idi deyə üzümün tərini silə bilmirdim. Odun kimi uzanıb qalmışdım. İçərini sidik iyi basmışdı. Fikirləşirdim.
Allahım, mən ölmək istəmirəm.
Darısqallıq sanki get-gedə çoxalırdı. Artıq oksigen də azalırdı nəfəs almaq üçün. Başım hərlənməyə başladı. Hiss etdim ki, artıq donuram soyuqdan. Hər yerim də yaş. Sidiyimin içində yatmışdım. Torpaq da soyuq. Təxmini 20 dəqiqə qışqır bağırdan sonra hiss edirdim ki, halsızlıqdan özümdən gedəcəm indi.
Vəziyyətim çox ağır idi. Birdən niyəsə ağlıma Qoqol gəldi. Yəqin ki, o da qəbirdə mənim kimi ayılıb ölmüşdü.
Gözlərimin önünə yaşadığım bütün keçmiş gəlməyə başlayırdı. Necə doğuş keçirdiyim, qızımı necə ilk dəfə qucağıma götürdüyüm, onun ilk adımları, dediyi ilk sözlər. İlahi, mən bu axmaq depressiyaya görə qızımı, onun haqqında hər şeyi unutmuşam.
Yadıma düşdü ki, mən ümumiyyətlə, anama zəng vurmağı yığışdırmışam. Həyatın gözəl olduğunu, yaşamağın möhtəşəm olduğunu xatırlayırdım. Amma mən axmaq kimi burada ölürəm. Və məni mənim sevdiyim, ilahlaşdırdığım yaponlar öldürür. Ax yaponlar, ax fahişələr.
Və birdən tabutun qapısı açılır. Mən elə həmənki otaqdayam və bütün bunlar kompüterləşdirilmiş proqram illuziyası imiş. 10 dəqiqə də onları söyə-söyə ağladım. Güclə sakitləşdirdilər.
Rəfiqəm də baxıb gülür. Onlar mənə ölümümün videoyazısını verdilər. Sən demə, içəridə kameralar varıymış və məni çəkiblər.
Bütün bu proseduralardan sonra mən həyatı sevməyə başladım. Həm də arıqladım. Depressiya keçdi. Artıq pis bir şeylər olanda tabut yadıma düşürdü və ağlımdan o dəqiqə çıxırdılar. Yox, mən buranı istəyirəm, burada reallıqlarla birgə xoşbəxt yaşamaq istəyirəm.
Hə, indi ölüm arzulayan və ya tabuta istəyən var?..