Muşda antiterror əməliyyatı
Bu gün səhər saat 6 radələrində Muş Jandarma Qüvvələri vilayətin Varto, Malazqirt,Bulanıq rayonlarında antiterror əməliyatı keçiriblər.
10 Dekabr 2018 20:10 DünyaBu gün səhər saat 6 radələrində Muş Jandarma Qüvvələri vilayətin Varto, Malazqirt,Bulanıq rayonlarında antiterror əməliyatı keçiriblər.
Əməliyyat nəticəsində PKK terror təşkilatına üzv olmaq, terror aksiyalarında iştirak etmək və terror təbliğatı aparmaq ittihamıyla 28 nəfər şübhəli qismində həbs edilib. Hazırda həbs edilənlərin istintaqa cəlb edilməsi üçün hüquqi prosedurların başladıldığı bildirilir.
Xəbəri "Olaylar"ın Türkiyə bürosu yayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31