Əbu-Dabidə işsizlərə müavinət ödənilməyəcək
10 Dekabr 2018 18:36 DünyaƏbu-Dabi Əmirliyinin hökuməti işsizləri iş axtarmağa sövq etmək məqsədilə onlara ödənilən müavinətləri ləğv etmək niyyətindədir.
İctimai İnkişaf Departamentinin rəhbəri Mügir əl-Xeyli iş təklifindən 3 dəfə imtina edən iş qabiliyyətli şəxslərin işsizlik müavinəti almaq haqqından məhrum ediləcəyini açıqlayıb.
"Biz iş qabiliyyətli olanları müavinət ümidinə qoymamalı, onlara iş tapmalıyıq", - deyə departament rəhbəri vurğulayıb.
Hazırda işsiz və nikahsız sakinlər üçün müavinətin minimum həddi 6 min BƏƏ dirhəmi, yəni, təqribən,1600 ABŞ dollarıdır. Evli və övlad sahibi olanlar üçün müavinətin məbləği daha yüksəkdir.
Əbu-Dabi Əmirliyində yerli əhali üçün minimum maaş həddi 10 min dirhəm, yaxud 2700 ABŞ dollarıdır.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31