Avropa Ədliyyə Məhkəməsi: Böyük Britaniya "Brexit"dən imtina edə bilər

"Böyük Britaniya Avropa İttifaqı üzlüyündən çıxmaqdan birtətəfli şəkildə imtina edə bilər".

Bu barədə Lüksemburqda yerləşən Avropa Ədliyyə Məhkəməsi qərar verib.

"Birləşmiş Krallıq Avropa İttifaqı üzlüyündən çıxmaq niyyəti barədə birtərəfli bildirişini (29 mart 2017-ci il tarixində Avropa İttifaqı Şurasına göndərilən sənəd - red.) geri götürməkdə sərbəstdir", - məhkəmənin qətnaməsində bildirilir.

Qeyd edək ki, Avropa Ədliyyə Məhkəməsi Avropa İttifaqı məhkəməsinin ali instansiyasıdır, qərarlarından şikayət verilə bilməz.

report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31