Putinin qızı ilk dəfə Rusiya televiziyasında
10 Dekabr 2018 12:56 DünyaRusiya prezidenti Vladimir Putinin kiçik qızı Yekaterina Tixonova ilk dəfə ölkə televiziyasının efirində görünüb.Oxu.Az "Rosbalt"a istinadən xəbər verir ki, onu "Rossiya" telekanalında Moskvanın "İnnopraktika" institutunun fəaliyyətinə həsr olunmuş reportajda göstəriblər. Bəzi məlumatlara görə, Y. Tixonova Putinin dostu Nikolay Şamalovun oğlu Kirill Şamalova ərə gedib. "Bloomberg"in xəbərində bildirilir ki, cütlük 2018-ci ildə ayrılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31