Belçika: Rusiya beynəlxalq terrorizmdən daha təhlükəlidir

Rusiya bu gün Qərb üçün beynəlxalq terrorizmdən daha təhlükəlidir.

Bunu "Paris Maç" qəzetinə müsahibəsində Belçikanın Müdafiə Əməliyyatları Komandanlığının rəhbəri Karl Gillis deyib.

"Ruslar elə hesab edirlər ki, çoxqütblü postamerika dövrünə qədəm qoyublar. Ona görə də onlar ABŞ tərəfindən diktə hesab etdikləri şeylərin heç birini qəbul etməyəcəklər. Rusiyanın hədəfi bir zamanlar özünün bufer zonası hesab etdiyi bölgələrdə təsirini artırmaqdır. Rusiya hər şeyi edəcək ki, NATO ölkələrinin ona hörmət etməsinə nail olsun. Rusiya AB və NATO-nun birliyinin pozulması üçün bütün səylərini sərf edir", - deyə o bildirib.

Onun sözlərinə görə, Moskva Qərb tərəfindən qaynar toqquşma nöqtələri ilə əhatələndiyini düşünür və bu nöqtələr olaraq Suriya, Krım, Baltikyanı ölkələr, Kalininqrad, Qafqaz, Əfqanıstan və digər ölkələri görür.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31