Ruhani OPEC-in hasilatın azaldılması barədə qərarını şərh edib

İran prezidenti Həsən Ruhanibildirib ki, OPEC-in neft hasilatının azaldılması barədə qərarı ABŞ-ın müdaxilə siyasətini uğursuzluğa düçar etdi.

Bu barədə IRNA agentliyi məlumat yayıb.

"ABŞ-ın OPEC-in işlərinə müdaxilə və balansı pozmaq cəhdlərinə baxmayaraq, üzv ölkələrin müqaviməti və neft nazirinin (İranın neft naziri Bijan Zanqane - red.) səyləri sayəsində onların planları uğursuz oldu", - deyə İran prezidenti bildirib.

Bundan əvvəl OPEC-ə üzv ölkələr gündəlik hasilatı 1,2 milyon barel azaltmaq barədə razılığa gəliblər.

report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31