İordan çayının Qərb sahilində 6 yəhudi atəşə tutularaq yaralanıb

Bazar günü İordan çayının Qərb sahilində avtobus dayanacağı yaxınlığından keçən avtomobildən açılan atəş nəticəsində azı 6 israilli yaralanıb.

Bu barədə İsrail ordusunun nümayəndələrinə istinadən "Reuters" məlumat yayıb.

Bildirilir ki, hərbçilər avtomobilə atəş açıblar, lakin hücum edən şəxs ərazidən uzaqlaşa bilib. Hazırda təhlükəsizlik qüvvələri caninin axtarışlarını davam etdirirlər.

Bundan əvvəl Qəzza zolağında İsrail hərbçiləri ilə toqquşmalar zamanı 33 fələstinli xəsarət alıb.

report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31