Ər-Riyad Qaşıqçının qətlində ittiham olunanları Türkiyəyə verməkdən imtina edib

Səudiyyə Ərəbistanı hökuməti Ankaranın jurnalist Camal Qaşıqçının qətlində əli olan müttəhimlərin təhvil verilməsi ilə bağlı sorğusunu təmin etmək niyyətində deyil.

Bunu Krallığın xarici işlər naziri Adil əl-Cubeyr deyib.

"Biz Camal Qaşıqçının qətlinin istintaqı çərçivəsində öz təbəələrimizi Türkiyəyə verməyəcəyik", - deyə o bildirib.

Bundan əvvəl İstanbul Prokurorluğu Səudiyyə vəliəhdinin keçmiş müşavirinin həbsini tələb edib.

report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31