ABŞ Çini Vançjounun saxlanılması ilə ticarəti bir-birinə qatmamağa çağırıb

"Huawei Technologies" şirkətinin maliyyə direktoru Men Vançjounun saxlanılması ABŞ və Çinarasında ticarət danışıqlarına təsir etməməlidir.

Bunu CBS telekanalına müsahibəsində Birləşmiş Ştatların ticarət nümayəndəsiRobert Laythayzer deyib.

"Hesab edirəm ki, bu, ciddi təsir göstərməməlidir. Mən Çinin baxış bucağına o anlayışla yanaşa bilərəm ki, onlar bunu bu şəkildə görürlər (ABŞ-ın ticarət müzakirələrinin gedişatına təzyiq göstərmək cəhdi kimi). Amma bu ədalət məhkəməsi məsələsidir. Bu, mənim üzərində işlədiklərimdən tamamilə ayrı bir sahədir", - deyə Laythayzer bildirib.

Bundan əvvəl Çin ABŞ-dan Vançjounun həbsinə dair sorğunun ləğvini tələb edib.

report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31