Dəməşq aeroportuna hava hücumunun qarşısı alınıb

Suriyanın hava hücumundan müdafiə sistemləri paytaxt Dəməşqin hava limanı ərazisinə edilən hücumu dəf edib.

Bu barədə Suriyanın dövlət televiziyası məlumat yayıb.

"Hava hücumundan müdafiə sistemlərimiz Dəməşq beynəlxalq hava limanı ərazisində, paytaxtın cənubunda yerləşən bir neçə hədəfə hücumun qarşısını alıb", - deyə "Ikhbariya" kanalı məlumat verib.

Bundan əvvəl ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələri Suriyanın Hacin şəhərini bombalayıb.

report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31