İtaliyada gecə klubunda DƏHŞƏT: çox sayda ölü və yaralı var
8 Dekabr 2018 12:09 Dünyaİtaliyanın Ankona şəhərində klubların birində baş vermiş izdiham 6 nəfərin ölümünə səbəb olub. Hadisə rep konserti zamanı baş verib.
İzdiham nəticəsində 100-dən çox şəxs xəsarət alıb. Onlardan 12 nəfərinin vəziyyəti ağırdır .
Qeyd olunur ki, konsert zamanı kiminsə gözyaşardıcı qaz sıxması panikaya səbəb olub.
Həlak olanlardan 5 nəfəri yeniyetmə olub.
Bildirilir ki, konsert zamanı klubda təxminən min nəfər olub. (trend)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31