Gəmilər Türkiyə sularında toqquşdu

Türkiyənin Balıkesir vilayətinin Ege Dənizi sahillərində gəmi qəzası baş verib.

Türkiyənin Balıkesir vilayətinin Ege Dənizi sahillərində gəmi qəzası baş verib.

Balıkesirin Ayvalıq rayonunun Babaqala sahil qəsəbəsi yaxınlığında Müsəllim Boğazında iki əcnəbi bayraqlı gəmi biri-birinə çırpılıb. Misirdən Ukrayanaya gedən Hollandiya bayraqlı "Panda" adlı gəmi Ukraynadan Tunisə gedən Panama bayraqlı Barlas gəmisiylə toqquşub. Olaydan sonra gəmilərin kapitanları Çanaqqala Boğazı  Gəmi Nəqliyyatı Xidmətinə ratsiya ilə xəbər veriblər. Gəmilərdə yüngül maddi xəsarət müəyyən edilib. Yoxlamadan sonra gəmilərin hərəkətinə icazə verilib.

Xəbəri "Olaylar"ın türkiyə bürosu yayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31