Bura səfər etsəniz, bilin ki, plastik paketlər qadağandır
7 Dekabr 2018 18:44 DünyaTailandın turizm əhəmiyyətli Ko Samet adasında plastik paketlərin istifadəsi qadağan olunub.
Qadağanı pozan turistlər 1500 bat və ya 50 dollara yaxın cərimə olunacaq.
Qeyd olunur ki, Ko Samet adası hər gün orta hesabla 1500 turist qəbul edib. Bu cür səfərlərdən sonra adada 12 mindən çox plastik tullantı toplanır.
Pattaya şəhərindən 100 kilometr cənubda yerləşən Ko Samet 1981-ci ildə milli qoruq elan olunub.
trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31