Braziliyada məhkum qadınlar arasında GÖZƏLLİK MÜSABİQƏSİ

Braziliyanın ciddi rejimli həbsxanasında məhkum qadınlar arasında gözəllik müsabiqəsi keçirilib.

"Miss Talavera Bruce 2018" adlı müsabiqədə "təhlükəli" gözəllər podiuma çıxıblar.

Ağır cinayətlərə görə cəzasını çəkən qadınlara bir gün özlərini model kimi hiss etməyə şərait yaradılıb. Müsabiqədə təkcə modellər yox, onların köməkçiləri də iştirak ediblər.

Şou teatrlaşdırılmış tədbirdir. Burada istənilən məhkum qadın istedadını nümayiş etdirə bilər.

Ölkə.Az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31