Avstraliyada kenquru yaşlı adamı döydü — VİDEO
7 Dekabr 2018 17:48 DünyaAvstraliyanın Viktoriya əyalətində qəribə hadisə baş verib.
İki köpəyini qorumaq istəyən yaşlı adama kenquru hücum edib. Kenquru yaşlı şəxsi bir təpik zərbəsi ilə yerə sərib.
Hadisə əyalətin Bendiqo şəhərində baş verib. Göl ətrafında kenqurunun itlərinə hücumunun qarşısını almaq istəyən Deniel kisəli məməlinin yumruq və təpiklərinə "qonaq" olub.
Video çarxı sosial şəbəkədə Denielin qızı Bri paylaşıb. Mobil telefonla baş verənləri qeydə alan qız atasına kenqurunun gəlməsi barədə xəbərdarlıq edir. Bri atası ilə kenquru arasındakı mübarizəni izləyəndə özünü gülməkdən saxlaya bilməyib.
Ölkə.Az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31