Türkiyə XİN İranda baş vermiş terror aktını pisləyib
7 Dekabr 2018 17:32 DünyaTürkiyə Xarici İşlər Nazirliyi, İranın Çabahar şəhərində təşkil edilən terror hücumunu pisləyib. Hadisə nəticəsində iki nəfər ölüb, 27-si yaralanıb.
"Çabahardakı polis mərkəzinə hücum nəticəsində ölənlərin və yaralananların olduğu xəbəri bizdə dərin kədər hissi doğurdu. Bu çirkin terror aktını qınayırıq. Yaralılara şəfa, İran xalqına və hökumətinə başsağlığı diləyirik", açıqlamada bildirilir.
SİA
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31