Ərdoğan Putindən xahiş etdi: "Onları azad et!"

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya lideri Vladimir Putindən ukraynalı hərbçilərin azad edilməsini xahiş etdiyini deyib.

Ərdoğan bu barədə Putinlə Argentinadakı G20 sammitində danışdığını söyləyib.

"Kerç insidentindən sonra mən hər iki tərəflə - əvvəlcə Putin, sonra Poroşenko ilə telefonda, daha sonra isə Argentinada danışmışam. Dənizçilərin azad edilməsi barədə xahişi Putinə çatdırmışam. Ümid edirəm ki, buna müsbət cavab veriləcək. Bildiyim qədər, hazırda insidentin araşdırılması prosesi gedir, bundan sonra isə qərar qəbul ediləcək. Biz belə məsələlərdə yalnız xahiş edə bilərik, bundan uzağa getməyəcəyik", - o bildirib.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31