Rusiyanın Krasnodar vilayətində baş verən avtomobil qəzasında altı Tacikistan vətəndaşı ölüb, dördü yaralanıb.
"VAZ-2114" markalı avtomobilin sürücüsü idarəetməni itirərək əks yola çıxıb və təcili yardım maşını ilə toqquşub.
Ölənlərin nəşinin Tacikistana göndərilməsi istiqamətində iş aparılır.
AZƏRTAC