KİV: ABŞ ilə Çinin ticarət müharibəsində ən çox ziyan Kanadaya dəyəcək

Hazırda Çinlə Birləşmiş Ştatlar arasında dünya iqtisadi dominantlığı uğrunda getdikcə daha təhlükəli hal alan qarşıdurmada Kanada ən mühüm oyunçudur. Bu barədə “The Globe and Mail” nəşrindəki məqalədə bildirilir.

Hazırda Çinlə Birləşmiş Ştatlar arasında dünya iqtisadi dominantlığı uğrunda getdikcə daha təhlükəli hal alan qarşıdurmada Kanada ən mühüm oyunçudur.

Bu barədə "The Globe and Mail" nəşrindəki məqalədə bildirilir.

Ən yaxın müttəfiqi və ticarət tərəfdaşı olan ABŞ-ın iştirak edəcəyi hər bir münaqişəli hadisənin istər-istəməz Kanadaya da mənfi şəkildə təsir edəcəyini vurğulayan müəllif Toronto Universitetindən politoloq Linnet Onq tərəfindən ifadə edilən "Kanada son dərəcədə ehtiyatlı davranmalıdır" fikrini misal gətirib.

Yazıda belə bir vəziyyətin Çində fəaliyyət göstərən ABŞ və Kanada iş adamları və şirkətləri üçün ciddi risq törətdiyi də qeyd olunur.

"Report"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31