Slovakiyanın xarici işlər naziri istefa ərizəsini geri götürüb
7 Dekabr 2018 15:33 DünyaSlovakiya xarici işlər naziri Miroslav Layçak istefa ərizəsini geri götürərək vəzifəsində qalıb.
İstefa ərizəsi noyabr ayının sonunda parlamentdə BMT miqrasiya müqaviləsinin təsdiq olunmamasından sonra verilmişdi. Həmin müqavilənin qəbul olunduğu Baş Assambleyanın iclası M.Layçakın sədrliyi ilə keçirilmişdi.
Qeyd edək ki, 2019-cu ildə Slovakiya ATƏT sədrliyini yerinə yetirəcək, xarici işlər naziri də təşkilatın fəaliyyətdəki sədri hesab olunacaq.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31