Polşada sərnişin avtobusu qəzaya uğrayıb, onlarla insan yaralanıb

Polşada sərnişin avtobusu qəzaya uğrayıb.

"Report" xəbər verir ki, bu barədə "RİA Novosti" yerli polisə istinadən xəbər verir.

Xəbərdə bildirilir ki, hadisə Aşağı Sileziya ərazisində baş verib. Belə ki, sərnişin avtobusu yoldan çıxaraq aşıb.

Qəza zamanı 44 nəfər xəsarət alıb. Onlardan 14-nün yarasının ağır olduğu bildirilir.

Hadisə zamanı daha 5 nəfər itkin düşüb. İtkinlərin axtarışına başlanılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31