ABŞ-da təyyarə zolaqdan kənara çıxdı - 112 sərnişin və 5 heyət üzvü...

ABŞ-da "Southwest Airlines" şirkətinə məxsus "Boeing 737-700" sərnişin təyyarəsi Kaliforniya ştatının, Los-Anceles dairəsinin Boba-Hopa hava limanında uçuş-enmə zolağından kənara çıxıb.

Publika.az CNN-ə istinadən xəbər verir ki, 278-ci reys Oklenddən Byorbanka uçurmuş.

Hadisə zamanı "Boeing 737-700" təyyarəsində 112 sərnişin və 5 heyət üzvü olub. Onlardan heç biri xəsarət almayıb.

ABŞ-ın Mülki Aviasiyasının Federal İdarəsindən bildirilib ki, hadisəyə güclü yağış səbəb olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31