Bill Klinton Corc Buşun dəfnində yuxuya getdi — VİDEO

ABŞ-ın 41-ci prezidenti ata Corc Buş bir neçə gün əvvəl dünyasını dəyişib.
"Ölkə.Az" xəbər verir ki, Buşun cənazəsi bazar ertəsi Vaşinqtona gətirilib. Dünən Konqres binasında Corc Buşla vida mərasimi keçirilib. Səhər saatlarında isə cənazə Konqresdən dəfn etmək üçün mərasimlə götürülüb.

Dəfn karvanı Ağ Evin qarşısından keçərək Vaşinqtondakı Milli Kilsəyə aparılıb. Tədbirdə keçmiş ABŞ prezidentlərindən Cimmi Karter, Bill Klinton, Barak Obama və xanımları da iştirak edib. ABŞ prezidenti Donald Tramp və Melaniya Trampla yanaşı tədbirdə bir sıra xarici dövlətin lideri də iştirak edib. Keçmiş ABŞ prezidenti Bill Klinton və keçmiş prezident köməkçisi Co Bayden ayaq üstə yuxuya gediblər. Görüntülər Tvitter sosial şəbəkəsində paylaşılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31