Roma papası gələn il BƏƏ-yə səfər edəcək
6 Dekabr 2018 18:32 DünyaRoma Papası Fransisk 2019-cu ilin fevral ayında Əbu-Dabi Əmirliyinin vəliəhdi şeyx Məhəmməd bin Zayed Al Nəhyanın dəvətilə Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfər edəcək.
Bu barədə Müqəddəs Taxt-Tacın Mətbuat xidmətinin rəhbəri Qreq Berk məlumat verib.
O, katolik kilsəsinin ruhani başçısının "Bəşəri qardaşlıq" mövzusunda fevralın 3-5-də keçiriləcək beynəlxalq dinlərarası görüşdə iştirak edəcəyini diqqətə çatdırıb.
Bu səfərin həmçinin BƏƏ-də yaşayan katoliklərin dəvətinə cavab olaraq həyata keçiriləcəyi də qeyd edilib.
"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31