Fransada futbol matçları və konsert təxirə salındı
Fransada davam edən etirazlarla əlaqədar bir sıra futbol matçları və konsertlər təxirə salınıb. Noyabr ayının ortalarında dizel yanacağının qiymət artımına etiraz edən “sarı jiletlər” dekabrın 8-ə növbəti etiraz aksiyası elan edib.
6 Dekabr 2018 18:20 DünyaFransada davam edən etirazlarla əlaqədar bir sıra futbol matçları və konsertlər təxirə salınıb.
Noyabr ayının ortalarında dizel yanacağının qiymət artımına etiraz edən "sarı jiletlər" dekabrın 8-ə növbəti etiraz aksiyası elan edib.
Bununla əlaqədar olaraq, Fransa çempionatının 3 oyunu təxirə salınıb.
Belə ki, Monakoda "Monako"-"Nitsa", Tuluzada eyniadlı komandanın "Lion"la matçı və paytaxtda "Paris Sen-Jermen"-"Monpelye" matçları başqa tarixə keçirilib.
Bundan başqa, Parisdə iri elektrik musiqi festivalı ləğv edilib.
trend