İrandakı terror aktına görə məsuliyyəti “Ənsar-əl Furkan” qruplaşması öz üzərinə götürüb

Bu gün İranın Sistan-Bəlucistan vilayətinin Çabahar şəhərində törədilən terror aktı nəticəsində ölənlərin sayı 5-ə, yaralananlar isə 24 nəfərə çatıb. Yaralananlar arasında uşaq və qadınlar da var.

Hadisə yerinə İran İslam İnqilabının Keşikçiləri Korpusunun quru qoşunları komandanı general Məhəmməd Pakpur da gəlib. O bəyan edib ki, terrorçuların bu addımı cavabsız qalmayacaq.

Terror aktına görə məsuliyyəti "Ənsar-əl Furkan" qruplaşması öz üzərinə götürüb.

AZƏRTAC

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31