Misirin sabiq ədliyyə naziri həbs olunub
Məhəmməd Mursinin prezidentliyi dövründə Misirin ədliyyə naziri olmuş Əhməd Süleyman terror təşkilatına mənsub olmaqda və “Müsəlman qardaşlar” qrupunun maraqları üçün yalan məlumatlar yaymaqda ittiham edilərək həbs olunub.
6 Dekabr 2018 17:32 DünyaMəhəmməd Mursinin prezidentliyi dövründə Misirin ədliyyə naziri olmuş Əhməd Süleyman terror təşkilatına mənsub olmaqda və "Müsəlman qardaşlar" qrupunun maraqları üçün yalan məlumatlar yaymaqda ittiham edilərək həbs olunub.
Sabiq nazir Misirin Dövlət Təhlükəsizliyi Prokurorluğunun göstərişi ilə Əl-Minya əyalətindəki evində həbs olunub və Qahirəyə gətirilib.
Prokurorluğun məlumatına görə, Ə.Süleyman terror təşkilatının konstitusiyaya zidd və dövlət orqanlarının fəaliyyətinə mane olmaq, həmçinin ölkədəki siyasi və iqtisadi vəziyyətlə bağlı yalan informasiya yaymaq üzrə fəaliyyətində iştirak edib.