Yəməndə münaqişə tərəfləri əsirləri azad etmək barədə razılığa gəliblər

Yəməndəki münaqişənin tərəfləri - hökumətlə Ənsarullah (Husilər) silahlı qruplaşması əsirləri qarşılıqlı azad etmək barədə razılığa gəliblər.

Bu barədə BMT-nin Yəmən üzrə xüsusi nümayəndəsi Martin Qriffits məlumat verib.

Onun sözlərinə görə, bu, tərəflər arasındakı danışıqların səmərəli nəticə verməsi deməkdir.

"Report"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31