Saakaşvili bu kanalda aparıcı olacaq
6 Dekabr 2018 15:11 DünyaMixail Saakaşvili Ukraynanın "Zik" televiziyasında aparıcı olacaq.
Bu barədə o, Feysbuk səhifəsində məlumat yayıb.
Saakaşvili seçkiqabağı vəziyyətin analiz ediləcəyi verilişdə aparıcı kimi fəaliyyət göstərəcəyini bildirib. Onun proqramda əvvəlki illərdə baş vermiş hadisələri tamaşaçılara xatırladacağı və bununla da onların 2019-cu il prezident seçkisində doğru seçim etməsinə zəmin yaradacağı vurğulanıb.
"Coker" adlanacaq veriliş 7 dekabrda efirə çıxacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31