Aralıq dənizində faciə - 12 ölü, 3 itkin
6 Dekabr 2018 14:20 Dünya12 nəfər ölüb, 3 adam itkin düşüb.
Bu barədə Beynəlxalq Miqrasiya Təşkilatı (IOM) məlumat yayıb.
İOM--un məlumatında bildirilir ki, Liviyanın Mısrata şəhərinə yaxın dəniz sularında 10 gündür çətin durumda qalan rezin qayıq batıb. Faciə nəticəsində 12 nəfər həyatını itirib, 3 adam itib.
Xilas edilən 10 qaçqından 4-ü özəl xəstəxanaya yerləşdirilib, 6-sı isə nəzarət mərkəzinə götürülüb.
AzNews.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31