Ermənistan ordusunun bir qrup hərbçisi qar uçqununun altında qalıb
6 Dekabr 2018 13:43 DünyaErmənistan Silahlı Qüvvələrinin bir qrup hərbçisi Sisian rayonunda qar uçqununun altında qalıb.
Bunu ölkənin Müdafiə Nazirliyi mətbuat xidmətinin katibi Artsurun Ovanisyan bildirib.
Onun sözlərinə görə, uçqun altında qalan hərbçilərin yeri müəyyənləşdirilib, onların vəziyyəti normaldır. Hərbçilərdən biri tapılmayıb. Ərazidə axtarış-xilasetmə əməliyyatı davam edir.
Uçqun altında qalan hərbçilərin sayı məlum deyil.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31