Bu adamın ya ölüsünü, ya da dirisini alacağıq - Soylu
6 Dekabr 2018 12:14 DünyaBiz bu adamı əvvəl-axır alacağıq - ya ölüsünü, ya da dirisini.
Bu sözləri Türkiyə Daxili İşlər naziri Süleyman Soylu bildirib.
"FETÖ təhlükəsi çox azalıb. Yaxşı mübarizə aparırıq. FETÖ ilə mübarizədə xeyli məsafə qət etdik. Onu deyim ki, üzərinə amansızcasına gedirik və getməkdə də qərarlıyıq. Dünya da yavaş-yavaş FETÖ təhlükəsinə inanmağa başladı. Yaxın vaxtda görəcəksiniz ki, önəmli məsafələr qət ediləcək", - Soylu qeyd edib.
Qeyd edək ki, Türkiyə hökuməti FETÖ lideri Fətullah Gülənin ABŞ-dan ekstradisiyasi üçün səylə çalışır. Bu istiqamətdə ABŞ-Türkiyə arasında mütəmadi danışıqlar aparılır.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31