Meksikada mayalıların yaşı 2 min ildən çox olan mərasim mərkəzi tapılıb

Alimlər Meksikanın cənub-şərqində yerləşən Yukatan ştatında qədim mayalılara məxsus mərasim mərkəzi aşkar ediblər.

Milli Antropologiya və Tarix İnstitutunun yeni kəşfi barədə çərşənbə günü "Quadratin" xəbər agentliyi məlumat yayıb.

Bildirilir ki, Valyadolid bələdiyyəsindəki mağaradan tapılmış mərkəzin yaşı təqribən 2,3 min ildən az deyil. Onun ərazisində İspan müstəmləkəçiliyinin başlanmasından bir müddət əvvəl tikilmiş üç bina və bir neçə qəbiristanlıq var. Alimlərin ehtimalına görə, bu tikililərdə kübar mayalılar istirahət ediblər.

report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31