Bill Qeyts 2018-ci ildə oxuduğu ən yaxşı 5 kitabın adını açıqlayıb

ABŞ-ın "Microsoft" şirkətinin təsisçisiBill Qeyts başa çatmaqda olan 2018-ci ilin ən yaxşı hesab etdiyi beş kitabının adını paylaşıb.

O, bu barədə öz bloqunda yazıb.

"Bu il mənim kitab siyahım qarışıqdır - təcrübi meditasiya dərsliyindən tutmuş muxtar silahlara dərin dalmaya qədər...", - deyə Qeyts yazıb.

Milyarder öz bloqunda yazıçı Tara Vestoverin "Educated" ("Şagird qız"), Pol Şarrenin "Army Of None" ("Yiyəsiz ordu"), Con Karreyronun "Bad Blood" ("Pis qan"), Yuvay Noy Hararinin "21 Lessons For The 21st Century" ("XXI əsr üçün 21 dərs") və Endi Paddikombun "The Headspace Guide to Meditation and Mindfulness" ("Meditasiya və özünü dərk") kitablarını oxumağı tövsiyə edib.

report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31