Türkiyədə məhbusların sayı artıb - Daha çox cinayət törədən kimlərdir?
6 Dekabr 2018 11:05 Dünya2017-ci ildə Türkiyə həbsxanalarında cəza çəkənlərin sayı 2016-cı illə müqayisədə 15,7 faiz artıb.
Məhbusların 95,7 faizini kişilər, 4,3 faizini isə qadınlar təşkil edir. 2017-ci ildə ümumilikdə 215 761 nəfər həbs olunub.
Ötən il həbs olunan vətəndaşların 17,3 faizi oğurluq, 12,3 faizi bilərəkdən xəsarət yetirmə, 7,2 faizi narkotik vasitələrin qanunsuz istehsalı və satışı, 3,7 faizi isə adam öldürmədə ittiham olunub.
Məhbusların 59,5 faizi digər cinayətlərə görə azadlıqdan məhrum edilib.
trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31