Avropa İttifaqı "Brexit"in şərtlərinə dair sazişin imzalanmasına başlayıb

Avropa İttifaqı Böyük Britaniyanın üzvlükdən çıxmasının şərtlərinə dair sazişin imzalanması və tamamlanması ilə bağlı rəsmi prosedura başlayıb.

Bu barədə Avropa Komissiyasının bəyanatında deyilir.

Qeyd olunur ki, Avropa İttifaqı Şurası və Avropa Parlamenti sazişi imzalamağa rəsmi icazə verdikdən sonra Böyük Britaniyanın da müsbət cavab verəcəyi təqdirdə, sənəd 30 mart 2019-cu il tarixindən qüvvəyə minəcək.

"Report"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31