Tehran ildə 25 santimetr çökür

İran İnşaat və Tikinti Araşdırmaları Mərkəzinin mütəxəssisləri "Nature" jurnalında yayımladıqları məqalədə paytaxt Tehran və ətrafındakı yer çökməsi faktı ilə əlaqədar araşdırmalarının nəticələrini paylaşıblar.

Belə ki, 2003-2017-ci illər arasında peyk fotolarını araşdıran alimlər şəhər mərkəzinin yüzdə 10-unu və şimal-qərbdəki çöl sahələri əhatə edən bölgənin hər il 25 santimetr yerə batdığını təsbit ediblər.

Ani batma nəticəsində şəhərdəki yollarda və binalarda çatlar, çöl ərazilərdə isə torpaqda dərin çuxurlar əmələ gəlidiyi bildirilir. Tehran çölündə bu şəkilde açılmış çuxura düşən bir əkinçinin saatlarla yerin altında qaldığı qeyd edilir.

Qeyd edək ki, 15 milyon əhalisi olan Tehran Asiya qitəsinin ən böyük metropollarından biri hesab edilir.

AzNews.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31