Dünya tibb tarixində ilk — Ölmüş qadın uşaq doğdu
5 Dekabr 2018 17:51 DünyaBraziliyada baş verən hadisə tibb dünyasında bir ilk sayılır.
Ölən qadından nəql edilən uşaqlıq sayəsində sağlam bir qız uşağı dünyaya gəlib. Mütəxəssislər uğurla alınan əməliyyatın uyğun donor tapa bilməyən bir çox qadın üçün ümid olacağını bildiriblər.
Hadisə San Paolo şəhərində baş verib. Bu günə qədər 11 nəfər ölən qadınlardan götürülən uşaqlıq yolu nəql edilib. 10 əməliyyat uğursuz alınsa da, 11-ci əməliyyat uğurlu keçib.
Məlum olub ki, 10 saat davam edən əməliyyat zamanı beyin qansızmasından ölən 40 yaşlı qadının uşaqlıq yolu 32 yaşlı bir qadına nəql edilib.
Ölkə.Az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31