Estoniyada polis köməkçilərinin səlahiyyətləri artırılır

Estoniya parlamentində polis köməkçilərinin səlahiyyətlərini müəyyənləşdirən qanuna dəyişikliklər müzakirə olunaraq qəbul edilib.

Estoniya parlamentinin hüquq komitəsinin rəhbəri Yaanus Karilayd bu mövzuda çıxış edib. Bildirib ki, hazırda ölkədə polis köməkçilərinin sayı min nəfərdən artıqdır. Onlar ölkədə asayişin qorunmasında əhəmiyyətli rol oynayırlar. Artıq 2010-cu ildə qəbul edilmiş qanunu dəyişməyə və polis köməkçilərinin səlahiyyətlərini artırmağa ehtiyac var.

Qanundakı dəyişiklər 2019-cu ilin avqustunda qüvvəyə minəcək. Bundan sonra polis köməkçilərinə elektroşokerdən istifadə, şübhə və əsas olduqda avtomobili saxlayıb vətəndaşı yoxlamaq, xüsusi cihazdan istifadə etməklə alkoqol və ya narkotik maddə qəbulu faktını müəyyənləşdirmək hüququ veriləcək.

AZƏRTAC 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31