Trampdan Ərdoğana F-35 jesti
5 Dekabr 2018 17:19 DünyaArgentinada keçirilən G20 zirvəsi çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Donald Tramp F-35 məsələsini də müzakirə edib.
Bu barədə Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu danışıb.
"Trampla prezidentimiz G20-də görüşdü. Tramp özü bu mövzunu açıb. Heç bir problem yaşanmasını istəmirik. Konqresdə bəzi təşəbbüslər oldu, ancaq Türkiyə önəmli aktorlardan biridir və müqavilənin ləğv edilməsi gündəmdə deyil. Hazırda problem görmürük", - Çavuşoğlu bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31