Yunanıstan XİN-in gizli yazışmaları məhv oldu

Yunanıstan Xarici İşlər Nazirliyinin əsas kompüter sistemində meydana gələn texniki nasazlıq nəticəsində nazirliyin 2005-ci ildən sonrakı bütün elektron yazışmaları silinib.

Nazirliyin yazışmalarının olduğu sərt diskdə (hard disk) partlayış baş verib.

Texniki nasazlıq nəticəsində aralarında gizli yazışmaların da olduğu elektron yazışmalar silinib, bərpa cəhdləri isə fayda verməyib.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31