"Gülməyin qramı" - Uolt Disney
5 dekabr amerikalı cizgiçi, rejissor, rəssam, prodüser Walt Disney Picturesin banisi Uolt Disneyin doğum günüdür. Uolt Disney 5 dekabr 1901-ci ildə Çikaqoda irland,ingilis və alman əsilli çox kasıb bir ailədə dünyaya göz açmışdır.
5 Dekabr 2018 16:08 Dünya5 dekabr amerikalı cizgiçi, rejissor, rəssam, prodüser Walt Disney Picturesin banisi Uolt Disneyin doğum günüdür.
Uolt Disney 5 dekabr 1901-ci ildə Çikaqoda irland,ingilis və alman əsilli çox kasıb bir ailədə dünyaya göz açmışdır.
O ilk dəfə Y.Ayverksomla birgə Disneyin məşhur qəhrəmanlarının hazırlanması ilə məşğul olmuş, rəsm karikaturaları çəkərək "Gülməyin qramı" adlı film yaratmışlar.
Uolt Disneyin rəsmlərdən ibarət "Göyçək Fatma", "Qırmızı papaq", "Çəkməli pişik" nağıl filmlərini dünyada tanımayan yoxdur.
Uşaqların sevimli personajı Mikki Maus məhz Disneyin "Dəlicəsinə təyyarə" adlı filmində meydana çıxmışdır. Məhz bu personajın yaradılmasına görə Uolt Disney 1932-ci ildə "Oskar" mükafatına layiq görülmüşdür.
Bundan bir il sonra Disney ABŞ-ın işlənmiş "Texnikolor" metodundan istifadə etdi və dünyada ilk dəfə olaraq rəngli cizgi film buraxdı.
"Ağbəniz və yeddi cırtdan" adlı filmlə Disney ilk dəfə olaraq yarım metrajlı filmlə 1938-ci ildə Venesiyada keçirilən Beynəlxalq film festivalının mükafatı ilə təltif edildi. "Ağbəniz" filmi ilə uğurununu davam etdirən Disney onun ardınca 1939-cu ildə "Pinokkio"nu yaratdı. 1940-cı ildə isə ekperimental film sayılan "Fantaziya", 1941-ci ildə "Dambo" və xüsusən 1942-ci ildə maral balası haqqında poetik "Bembi" hazırlandı
Disney studiyasında "Göyçək Fatma" (1950-ci ildə Venesiya Beynəlxalq festivalının mükafatçısı), "Alisa möcüzələr ölkəsində" (1951), "Piter Pen" (1953), "Xanım və avara" (1955), "Yatmış gözəl" (1959), "Yüz bir dalmatin" (1961), "Meri Poppins" (1964-cü ildə əsasən aktyor və cizgilərin köməyi ilə yaradılmışdır) və "Cəngəllik kitabı" (1967-ci ildə Disneyin ölümündən sonra bitirilmiş) kimi bu gün dünyada məşhur olan qısametrajlı filmlər çəkilib.
Uolt Disneyin ən böyük hazırladığı fəaliyyətlərdən biri uşaqlar üçün nəzərdə tutulmuş Kaliforniyada yaradılan park Disneyland olmuşdur. Burada atraksion üsullarını özündə birləşdirən və Disneyin filmində olan personajlar vardır. Həmin obyekt 1955-ci ildən açıq elan edilmişdir.
Bu gündə Disneyland dünyanın ən böyük turizm mərkəzlərindən biri sayılır.