Acundan boşanan Şeyma: “Məni rahat buraxın”
Acun İlıcalı ilə boşandıqdan 24 saat sonra ABŞ-a səfər edən Şeyma Subaşı ona yazılan mənfi rəylərə reaksiya verib. Subaşı statusda “Məni rahat buraxın” yazıb.
5 Dekabr 2018 15:42 DünyaAcun İlıcalı ilə boşandıqdan 24 saat sonra ABŞ-a səfər edən Şeyma Subaşı ona yazılan mənfi rəylərə reaksiya verib.
Subaşı statusda "Məni rahat buraxın" yazıb.
Acunla 14 aylıq ailə həyatını ilk məhkəmə prosesində nöqtələyən Şeyma qızı Melisanı da götürüb Mayamiyə gedib. Boşanma prosesində və sonrakı dövrdə heç nəyi vecinə almayan Subaşı sosial şəbəkədə Mayamidəki tətilindən fotolar paylaşıb. Qızı Melisa ilə əylənən Şeymanın fotoları bir çox izləyicini əsəbləşdirib. Paylaşımları haqqında mənfi rəylər alan Şeyma izləyiciləri ilə müzakirəyə girmək əvəzinə status yazıb.
Ölkə.Az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31