Paşinyandan şok: Prezident iqamətgahını xanımına verdi
5 Dekabr 2018 14:16 DünyaErmənistan prezidentinin İrəvanın Maştots 47 ünvanında yerləşən iqamətgahı tezliklə Ermənistanın baş nazir əvəzi Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın iqamətgahı olacaq.
"168 Jam" qəzeti parlamentin prezidentin iqamətgahının yenidən Baqramyan 26-ya köçürülməsinə izn verməsindən sonra Maştots 47-dəki iqamətgahın boş qaldığını yazıb.
"Heç bir qanunda hökumət başçısının həyat yoldaşı üçün ayrıca iqamətgah nəzərdə tutulmayıb. Bizim mənbələrimiz artıq Anna Akopyanın əşyalarının Maştots 47-yə daşındığını bildirib", - məlumatda bildirilib.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31