Ukrayna 8 yüksək rütbəli rusiyalını axtarışa verib
5 Dekabr 2018 12:43 DünyaUkraynanın Cənub regionunun hərbi prokurorluğu Kerç boğazında yaşanan insident səbəbilə 8 Rusiya vətəndaşı haqqında axtarış elan edib. Bu barədə Ukrayna Baş Prokurorluğunun saytında məlumat yayılıb.
Bildirilib ki, axtarılanlar FTX-nin Sərhəd Xidmətinin rəisi, kontur-admiral Sergey Stankeviç, xidmətin rəhbər köməkçisi vitse-admiral Gennadi Medvedyev, Regional Xidmət İdarəsinin sədri, birinci dərəcəli kapitan Ruslan Romaşkindir.
Bundan əlavə, rusiyalı kapitanlar Andrey Şein, Aleksey Şatoxin, Aleksey Salayev, Andrey Şpiçin və Sergey Şerbakov da axtarış siyahısındadır.
sia
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31